Misli Premyer Liqasında 2025/2026 mövsümünün ən çox ofsayda düşən futbolçularının siyahısı açıqlanıb. Sport24.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Reytinqə "Turan Tovuz"un hücumçusu İbrahima Vadji başçılıq edir. Seneqallı forvard başa çatan mövsümdə hər oyuna orta hesabla 1 dəfə ofsayd vəziyyətində olub.

İkinci pillədə onun komanda yoldaşı Joarlem Santos yer alıb. Braziliyalı futbolçunun göstəricisi hər oyuna orta hesabla 0,76 ofsayd olub.

İlk "beşliy"i "Sabah"ın hücumçusu Coy Lens Mikels (0,67), "Şamaxı"nın forvardı Karim Rossi (0,59) və "Kəpəz"in futbolçusu Məqsəd İsayev (0,52) tamamlayıb.