Fransa millisinin hücumçusu Kilian Mbappe DÇ-2026-da İsveçə qalib gəldikləri oyunu şərh edib. Sport24.az xəbər verir ki, 3:0 hesabıyla bitən matçda iki qol vuran forvard bunları deyib:
"Məndən nələrin tələb olduğunu tam şəkildə dərk edirəm. İsveçlə matça yaxşı başlamasaq da, tez toparlandıq və fasiləyə üstün yollana bildik. İkinci hissədə daha üstün oynadıq, qol epizodları yaratdıq.
Baş məşqçimiz Didye Deşam anasını itirdi və bu, ağır itkidir. Həyatda hər kəs bununla üzləşir. Çətin situasiyadır. Çalışdıq ki, yaxşı oyun və qələbə ilə ona az da olsa, dəstək olaq.
Paraqvayla 1/8 final? Asan rəqib deyillər. Bundan öncə almanları məğlub etdilər və bizə qarşı da sürpriz etmək istəyəcəklər. Bu matçda da qələbə üçün meydana çıxacağıq".