"Mançester Yunayted"in futbolçusu Brunu Fernandeş "Qalatasaray"ın hədəfindədir. Sport24.az xəbər verir ki, bu barədə "Fanatik" nəşri məlumat yayıb.

 

"Cim-bom" portuqaliyalı yarımmüdafiəçini heyətinə qatmaq istəyir. Türkiyə klubu Fernandeş üçün 35 milyon avro təklif etməyə hazırlaşır.

 

Brunu Fernandeş hazırda Portuqaliya millisi ilə dünya çempionatındadır. Futbolçu mundialdan sonra klub karyerası ilə bağlı qərarını verəcək.

 

Yarımmüdafiəçi ötən mövsüm "Mançester Yunayted"lə Premyer Liqada 35 oyunda 9 qol vurub, 21 məhsuldar ötürmə edib.