Ukraynalı futbolçu Oleksandr Zinçenko "Ayaks"dan ayrılıb. Sport24.az xəbər verir ki, bu barədə Amsterdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

 

Cinah müdafiəçisi ilə müddəti başa çatan müqavilə imzalanmayıb.

 

Zinçenko bu ilin fevralından "Ayaks"da çıxış edirdi. O, komandada cəmi 2 oyuna çıxıb.

 

Ukrayna millisinin üzvü daha əvvəl "Arsenal"da forma geyinib.