"Gəncə" kolumbiyalı voleybolçusu Melissa Rangel Paez ilə müqaviləni yeniləyib. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Azərbaycan Yüksək Liqasının 2025–2026-cı illər mövsümündə "Ən yaxşı orta oyunçu" adına layiq görülən təcrübəli voleybolçu qarşıdakı mövsümdə də Gəncə təmsilçisinin uğurları üçün mübarizə aparacaq.
Qeyd edək ki, Melissa ötən mövsüm komandanın heyətində bürünc medal qazanmaqla yanaşı, çempionatın rəmzi komandasında da yer alıb.