Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün daha iki yoxlama oyunu keçirir. Sport24.az xəbər ki, Ağdam təmsilçisi ilk olaraq Ukraynanın Premyer Liqa təmsilçisi "Metal 1925" (Xarkov) klubu üz-üzə gəlib.
Oyun Xarkov təmsilçisinin 6:2 hesablı qələbəsi ilə başa çatıb. "Qarabağ"ın qollarını Jali Muaddib və Kadi Borqes vurub.
"Qarabağ"ın start heyəti: 1. Şahruddin Məhəmmədəliyev, 82. Məhəmməd İmaməliyev, 39. Jeremi Qnali, 47. Mehdi Mütəllimli, 44. Elvin Cəfərquliyev, 88. Samuel Lobato, 32. Hikmət Cəbrayılzadə, 20. Kadi Borges, 7. Jali Muaddib, 16. Məhəmməd-Şahin Abbasov, 21. Aleksey Kaşuk
Ehtiyat oyunçular: Əli Bəşirov, Bəhruz Qurbanlı, Bilal Hacıyev.
Qurban Qurbanovun komandası 2-ci matçında "Ferentsvaroş"la qarşılaşacaq. Macarıstan klubu ilə görüş saat 19:30-da başlayacaq.
Bu oyunla "Qarabağ" Avstriya toplanışını başa vuracaq.
Qeyd edək ki, "Qarabağ" Avstriyadakı ilk yoxlama oyununda yerli "Tirol" klubuna 4 cavabsız qolla qalib gəlib.