Yeni mövsümün hazırlıqlarını davam etdirən "Şəfa" ilk legioner transferini reallaşdırıb. Sport24.az xəbər verir ki, Bakı təmsilçisi yarımmüdafiəçi Vlad Marian Popu heyətinə qatıb.

 

Rumıniyalı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.

 

Rumıniya U-21 millisinin sabiq üzvü olan Vlad son olaraq "Unirea Sloboziya"nın formasını geyinib. 25 yaşlı futbolçu karyerası ərzində "Universitatea Krayova" və "Mioveni" kimi klublarda da çıxış edib.