İngiltərənin "Arsenal" klubuna məxsus müdafiəçi Yakub Kivior karyerasını "Porto"da davam etdirəcək. Sport24.az xəbər verir ki, bu barədə "GOAL" nəşri məlumat yayıb.

Portuqaliya təmsilçisi polşalı futbolçunun icarə müqaviləsində yer alan satınalma bəndindən istifadə edib. Beləliklə, Kivior birdəfəlik "Portu"nun futbolçusuna çevrilib.

Qeyd edək ki, Qeyd edək ki, 26 yaşlı müdafiəçi ötən mövsüm "Portu"nun heyətində 38 oyunda iştirak edərək komandanın ölkə çempionu olmasına mühüm töhfə verib.