"Barselona" futbolçusu Andreas Kristensenlə müqaviləni uzadıb. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Danimarkalı müdafiəçi ilə anlaşmanın müddəti 2028-ci ilin yayına kimi artırılıb.

 

Kristensen ötən mövsüm La Liqada 13 oyuna çıxıb.