Misli Premyer Liqasında 2025/2026 mövsümündə çıxış edən yerli və əcnəbi futbolçuların sayı açıqlanıb. Sport24.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Başa çatan mövsümdə Premyer Liqa klublarının heyətində ümumilikdə 330 futbolçu meydana çıxıb. Onlardan 163-ü yerli, 167-si isə legioner statusunda olub.

Statistikaya əsasən, çempionatda çıxış edən bütün futbolçuların orta yaşı 26,8 təşkil edib. Yerli futbolçuların orta yaşı 24,8 olduğu halda, legionerlərdə bu göstərici 28,4-ə bərabərdir.

Bu rəqəmlər göstərir ki, Misli Premyer Liqasında çıxış edən əcnəbi futbolçular yerli oyunçularla müqayisədə orta hesabla daha yaşlı olublar.