Neymarın atası oğlunun hələ də Braziliya millisində oynaya biləcəyini açıqlayıb. Sport24.az xəbər verir ki, iyulun 29-da 34 yaşlı braziliyalı ulduz futbolçu bir daha yığmanın formasını geyinməyəcəyini, milli karyerasına bitirdiyini bildirmişdi.

 

Ata Neymar sosial şəbəkə hesabında oğlunun qəti qərar vermədiyini vurğulayıb: "Onun milli komandadan getdiyini əminliklə söyləmək olmaz. O, yenə də geri qayıda bilər".

 

Neymar isə atasının sözlərinə blə reaksiya verib:

 

"Atam millidə oynamır. Hələ karyeramı bitirmək barədə düşünmürəm. Dekabra qədər "Santos"la müqaviləm var və hazırda klub üçün əlimdən gələni etmək istəyirəm. Bundan sonra seçimlərimi nəzərdən keçirəcəyəm: qalmaq, getmək, təqaüdə çıxmaq və ya oynamağa davam etmək... Bilmirəm. Dekabr ayına qədər hələ vaxt var. Görərik".

 

Qeyd edək ki, Neymar Braziliya millisində debütünü 2010-cu ildə edib. O, milli komandada bütün turnirlərdə 130 oyun keçirib 80 qol vurub və 59 məhsuldar ötürmə edib.