Türkiyənin "Ərzurumspor" klubu azərbaycanlı hücumçu Nəriman Axundzadənin transferi ilə bağlı razılıq əldə edib. Sport24.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

 

​Məlumata görə, klub 22 yaşlı futbolçu ilə prinsipial razılıq əldə edib. Hücumçu Ərzuruma gəldikdən və tibbi müayinədən keçdikdən sonra tərəflər arasında rəsmi müqavilə imzalanacaq.