Yeni mövsümə hazırlıq çərçivəsində "Sumqayıt" və "İmişli" klubları Qəbələdə üz-üzə gəlib. Sport24.az xəbər verir ki, matç İmişli təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Qeyd edək ki, "Sumqayıt" buna qədər keçirdiyi sınaq matçlarında "Qəbələ" (1:1) və "Kəpəz"lə (0:0) heç-heçə edib, "Şamaxı"ya 2:0 hesabı ilə qalib gəlib. 

 

"İmişli" isə "Şəfa" (2:2), "Araz Naxçıvan"(2:2), "Karvan-Yevlax" (1:1) və "Qəbələ" ilə heç-heçə edib, "Qarabağ-2"yə isə 5:1 hesabı ilə qalib gəlib.