"Turan Tovuz" Türkiyə toplanışı çərçivəsində sonuncu yoxlama oyununu keçirib. Sport24.az xəbər verir ki, qərb təmsilçisi yerli "Gənclərbirliyi" ilə qarşılaşıb.

 

Görüş tovuzluların 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Qolları Dioqo Balau, İbrahima Vaci, Alexandro Serrano və Faiq Hacıyev vurublar.

 

Xatırladaq ki, "Turan Tovuz" Ankaradakı hazırlıq çərçivəsində İranın U-21 yığması və Türkiyənin I Liqa təmsilçisi "Fatih Karagümrük"lə heç-heçə (1:1) edib, "Iğdır"a isə qalib (1:0: gəlib.