FİFA prezidenti Canni İnfantino vəzifəsini qorumaq üçün Tramp administrasiyasından dəstək istəyir. Sport24.az xəbər verir ki, bu barədə "New York Post" qəzeti məlumat yayıb.
Mənbənin sözlərinə görə, İnfantinonun bu gün ABŞ dövlət katibi Marko Rubio ilə görüşü planlaşdırılır. Qalmaqal fonunda FİFA prezidenti dəfələrlə Trampla telefonla əlaqə saxlamağa cəhd edib.
"O, Dövlət Katibi ilə əlaqə saxlayıb futbolun Amerikanın yumşaq gücünün bir hissəsi ola biləcəyini müzakirə etmək istəyirdi. Amma hamımız bilirik ki, bu, işdən çıxarılmadan qorunmaqla bağlıdır. Bu mərhələdə başqa müzakirə ola bilməz", - qəzetin mənbələrindən biri bildirib.
İnfantino bir müddət əvvəl FİFA-nın əsas kişi və qadın turnirlərinə kommersiya və media hüquqlarını köçürməyi planlaşdırdığı bir şirkət yaratmağı təklif etmişdi. Yeni qurumdakı payın özəl investorlara satılması təşkilata 4,2 milyard dollar qazandıra bilərdi.
Təşəbbüs futbol təşkilatları tərəfindən tənqid edildi və bundan sonra FİFA layihədən imtina etdi.