"Sumqayıt" heyətini braziliyalı hücumçu Jeam Oliveyra ilə gücləndirib. Sport24.az xəbər verir ki, bu barədə "kimyaçılar"ın mətbuat xidməti məlumat yayıb.

 

Sumqayıtın eyniadlı təmsilçisi futbolçu ilə "1+1" illik müqavilə imzalayıb.

 

Qeyd edək ki, 31 yaşlı forvardın son klubu Braziliyanın "Kaşias" komandası olub. O, ölkəsinin "Fortaleza" klubunun yetirməsidir.