"Nyukasl" "Braqa"nın və Çexiya millisinin qapıçısı Lukaş Qorniçeklə müqavilə imzalayıb. Sport24.az xəbər verir ki, bu barədə ingilis klubunun rəsmi saytı məlumat yayıb.

 

24 yaşlı qapıçı "sağsağanlar"la müddəti 2031-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayıb.

 

Mediada yayılan məlumatlara görə, "Nyukals" onun müqaviləsində nəzərdə tutulan 25,7 milyon funt sterlinqlik sərbəstqalma bəndini ödəyib.

 

Qeyd edək ki, qapıçı ötən mövsüm "Braqa"nın heyətində bütün turnirlərdə 55 oyun keçirib, 51 qol buraxıb və 24 dəfə qapısını toxunulmaz saxlayıb.