"Mançester Siti"nin futbolçusu Cek Qriliş karyerasını İspaniyada davam etdirə bilər. Sport24.az xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb.

Mənbənin sözlərinə görə, Madrid "Atletiko"su 29 yaşlı vingeri transfer etməkdə maraqlıdır. Komandanın baş məşqçisi Dieqo Simeone də ingiltərəli futbolçunun öz oyun sisteminə uyğun gəldiyini düşünür.

Qeyd edək ki, Cek Qrilişin "Mançester Siti" ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.