Fransanın "Strasburq" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır. Sport24.az xəbər verir ki, Liqa 1 təmsilçisi Almaniyanın Mönhenqladbax "Borussiya"nın və ABŞ millisinin hücumameyilli yarımmüdafiəçisi Ciovanni Reynanı transfer edir.
Bu barədə insayder Fabrisio Romano "X" sosial şəbəkə hesabında paylaşım edib.
Tərəflər arasında 3 milyon avro məbləğində transfer razılığı əldə olunub. 22 yaşlı futbolçu da "Strasburq"a keçməyə razılıq verib və yaxın günlərdə 5 illik müqavilə imzalayacaq.
Reynanın qısa müddətdə tibbi müayinədən keçərək transferinin rəsmən açıqlanacağı gözlənilir.