Səudiyyə Ərəbistanı təmsilçisi "Əl Hilal"da çıxış edən Darvin Nunyes karyerasını Türkiyədə davam etdirə bilər. Sport24.az xəbər verir ki, uruqvaylı hücumçu "Beşiktaş"la anlaşıb.

 

Bu barədə insayder Saşa Tavolyeri məlumat yayıb. O, Nunyesin icarə əsasında "qara qartallar"a keçəcəyini bildirib.

 

Qeyd edək ki, Darvin 2025-ci ilin avqustundan "Əl Hilal"da çıxış edir. O, Səudiyyə Ərəbistanı Pro Liqasında meydana çıxdığı 16 oyunda 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.