İngiltərənin "Kristal Pelas" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır. Sport24.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Fənərbaxça"da çıxış edən Cayden Oostervoldeni transfer etmək istəyir.

 

Bu barədə "Sabah" nəşri məlumat yayıb.

 

London klubu niderlandlı nərkəz müdafiəçisi üçün 20 milyon avroluq təkliff göndərməyə hazırlaşır.

 

Qeyd edək ki, "Fənərbaxça" Cayden Oostervoldeni 2023-cü ilin yanvarında "Parma"dan 6 milyon avroya transfer edib. 25 yaşlı futbolçu İstanbul nəhənginin heyətində meydana çıxdığı 11 rəsmi matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.