Fransanın "Nitsa" klubu hücumçusu Mohamed-Ali Çonun transferi ilə bağlı "Hall Siti" ilə razılığa yaxındır. Sport24.az xəbər verir ki , bu barədə "L'Equipe" məlumat yayıb.
Tərəflər arasında danışıqlar son mərhələyə çatıb. Transferin təxminən 20 milyon avroya başa gələcəyi gözlənilir.
22 yaşlı futbolçu iki il əvvəl "Real Sosyedad"dan "Nitsa"ya 10 milyon avro qarşılığında transfer olunmuşdu. O, Fransa klubunun heyətində keçirdiyi 92 oyunda 12 qola imza atıb.
Qeyd edək ki, transfer baş tutarsa, "Nitsa" bu yay ən böyük transfer gəlirini məhz bu satışdan əldə edəcək.