Məşhur niderlandlı mütəxəssis Lui van Qal milli komandaya qayıtmaq barədə Kral Niderland Futbol Assosiasiyası (KNVB) ilə danışıqlara başlamağa hazırdır. Sport24.az xəbər verir ki, bu barədə "De Telegraaf" nəşri məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, yerli assosiasiya istəsə van Qal ölkənin əsas komandasının "sükanı arxasına" keçə bilər. Mütəxəssis hazırda millidə oynayan əksər futbolçular yaxından tanıyır və beynəlxalq turnirləri fəal şəkildə izləyir.

 

Qeyd edək ki, Lui van Qal əvvəllər 2000-2001-ci illərdə, 2012-2014-cü illərdə və 2021-2022-ci illərdə Niderland millisini çalışdırıb.