"Mançester Yunayted"in qapıçısı Altay Bayındır İngiltərə klubundan ayrılmağa yaxındır. Sport24.az "Metropolitano"ya istinadən xəbər verir ki, 28 yaşlı qapıçı karyerasını icarə əsasında "Selta"da davam etdirəcək.

 

Mənbənin sözlərinə görə, danışıqlar son mərhələdədir və artıq bu həftə qolkiperin keçidi rəsmən açıqlanacaq. Türk qapıçı yaxın günlərdə "Selta"nın İtaliyadakı təlim-məşq toplanışına qoşulacaq. 

 

Qeyd edək ki, Bayındır 2023-cü ilin yayında "Mançester Yunayted"ə keçsə də, əsas heyətdə özünə yer edə bilməyib. Qolkiper üç mövsüm ərzində "mankunianlar"ın heyətində cəmi 17 oyunda iştirak edib.