"Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqiblərinin sayı azalıb. Sport24.az xəbər verir ki, Ağdam təmsilçisi UEFA Avropa Liqasının III təsnifat mərhələsində Kiyev "Dinamo"su ilə üz-üzə gələcək.
"Qarabağ" Ukrayna klubunu mübarizədən kənarlaşdıracağı təqdirdə Konfrans Liqasının pley-off mərhələsinə yüksələcək.
"Köhlən atlar"ın pley-offdakı potensial rəqibləri bunlardır:
* "Xetafe" (İspaniya)
* "Tvente" (Niderland) – DAK 1904 (Slovakiya) cütünün qalibi
* "Avstriya" (Vyana, Avstriya) – "Beytar" (İsrail) cütünün qalibi
* UEFA Avropa Liqasında "Makkabi" (Tel-Əviv, İsrail) – ÇSKA (Bolqarıstan) cütünün məğlubu
Qeyd edək ki, UEFA Konfrans Liqasının pley-off mərhələsinin püşkü bu gün Bakı vaxtı ilə saat 16:00-da keçiriləcək.