Yarımmüdafiəçi Yann Diomandenin "Real"a rəsmi keçidi hüquqi mübahisə səbəbindən təxirə salınır. Sport24.az "Diario AS"-a istinadən xəbər verir ki, oyunçunun keçmiş agenti Maks Qradel oyunçunun onunla mövcud müqaviləni birtərəfli şəkildə ləğv etdiyini iddia edir.

 

Madrid klubu müqaviləni oyunçunun yeni agentliyi olan "Roc Nation" vasitəsilə bağlayıb. Klub rəhbərliyi Diomandenin keçmiş nümayəndəsinin irəli sürdüyü hüquqi iddialardan xəbərsiz olduğu bildirilir.

 

Qeyd edək ki, Qradel artıq FİFA-ya rəsmi şikayət ərizəsi təqdim edib. Beynəlxalq federasiya oyunçunun hərəkətlərinin qanuniliyini qiymətləndirməlidir. FİFA transferi təsdiqləyə, müvəqqəti olaraq dayandıra və ya tamamilə bloklaya bilər.