"Real"ın hücumçusu Endrik karyerasını müvəqqəti olaraq İtaliyada davam etdirə bilər. Sport24.az xəbər verir ki, bu barədə "La Gazzetta Dello Sport" məlumat yayıb.
"Canavarlar" 19 yaşlı hücumçunun vəziyyətini yaxından izləyir. Roma klubu Endriki heyətinə cəlb etmək üçün onu, "Komo"nun Niko Pas transferində olduğu kimi, satınalma hüququ ilə birlikdə icarəyə götürməyi planlaşdırır.
Qeyd olunur ki, "Roma"nın idman direktoru Toni D'Amiko keçidin mümkünlüyünü öyrənmək üçün İspaniyaya səfər etsə də, hələlik "Real"dan müsbət cavab almayıb.