Premyer Liqaya vəsiqə qazanan "Hall Siti" heyətini Yunanıstanın "Olimpiakos" klubunun qapıçısı Konstantinos Tzolakislə gücləndirməyə hazırlaşır. Sport24.az xəbər verir ki, bu barədə insayder Kostas Lianos məlumat yayıb.

Tərəflər arasında 17 milyon funt sterlinq dəyərində razılıq əldə olunub.

Bildirilir ki, 22 yaşlı qapıçı "Hall Siti" ilə 5 illik müqavilə imzalayacaq. O, yeni klubunda həftəlik 45 min funt sterlinq maaş alacaq.

Transferin rəsmi şəkildə sabah açıqlanacağı gözlənilir.