Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin püşkatma mərasimi keçirilib. Sport24.az az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin "Orhus" (Danimarka) - "Sabah" (Azərbaycan) cütünün məğlubunun rəqibi də müəyyənləşib.

 

Məğlub tərəf Avropa Liqasının pley-off mərhələsində "Benfika" (Portuqaliya) – "Harts" (Şotlandiya) cütünün qalibi ilə qarşılaşacaq.

 

Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları avqustun 20-də, cavab görüşləri isə avqustun 27-də keçiriləcək.