Kabo-Verde millisinin baş məşqçisi Bubişta postundan gedib. Sport24.az xəbər verir ki, bu barədə yerli federasiyanın rəsmi saytı məlumat yayıb.

 

56 yaşlı mütəxəssisin artıq yeni iş yeri də məlumdu. O, Mərakeş təmsilçisi "Berhan"ın "sükanı arxasına" keçib. Tərəflər arasında iki illik müqavilə imzalanıb. 

 

Qeyd edək ki, Bubişta 2020-ci ildən Kabo-Verde millisini çalışdırıb. Onun rəhbərliyi altında ilk dəfə dünya çempionatına qatılan komanda pley-off mərhələsində Argentinaya (2-3 ə.v.) məğlub olub.