Vladimir Petkoviç Əlcəzair milli komandasının baş məşqçisi postundan ayrılıb. Sport24.az xəbər verir ki, bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.
62 yaşlı isveçrəli mütəxəssis və onun köməkçiləri ilə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib.
Qeyd edək ki, Petkoviçin rəhbərliyi altında Əlcəzair yığması DÇ-2026-da 1/8 finala yüksəlsə də, İsveçrəyə 0:2 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.