Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadə Türkiyənin "Erzurumspor" klubuna keçidi ilə bağlı paylaşım edib. Sport24.az xəbər verir ki, 22 yaşlı hücumçu bununla bağlı sosial şəbəkə hesabında video yayımlayıb.
Forvard yeni komandasının azarkeşlərinə müraciət edərək bunları deyib:
"Əziz "dadaşlar", sizinlə görüşmək üçün səbirsizliklə gözləyirəm. Erzurumda görüşənədək. Hamınıza salamlar!"
Qeyd edək ki, Nəriman Axundzadə bu ilin fevralında ABŞ-ın "Kolambus Kru" klubuna transfer olunub. MLS təmsilçisi azərbaycanlı futbolçunu icarə əsasında Türkiyənin "Erzurumspor" klubuna göndərib.