Bir neçə gün öncə "Neftçi"dən ayrılandan sonra işsiz olan Samir Abasovun Şərqi Avropa ölkələrinin birinin elitasında çıxış edən klubdan təklif aldığını xəbər vermişdik. Onu da bildirmişdik ki, tərəflər arasında ilkin danışıqlar artıq baş tutub və 48 yaşlı mütəxəssis düşünmək üçün qarşı tərəfdən vaxt istəyib.

 

Məsələ ilə bağlı Sport24.az-a yeni məlumat daxil olub. Mənbəmizin sözlərinə görə, Abasov təklifi qəbul etməyib. Səbəb isə klubun iddiası ilə şərtlərin üst-üstə düşməməsi olub. Adı açıqlanmayan klubun rəhbərliyi transferləri yalnız öz istəklərinə uyğun edəcəklərini bildirib ki, bu da sumqayıtlı mütəxəssisi razı salmayıb.

 

Mənbəmiz onu da bildirdi ki, ölkə xaricində çalışmaq istəyən Abasovun agentləri yeni variantlar üzrərində çalışır.

 

Qeyd edək ki, "Neftçi" məzh Abasovun rəhbərliyi altında sonuncu dəfə çempionluğu bayram edib.  O, həmçinin "Sumqayıt"la Konfrans Liqası həyacanı yaşayıb.