PSJ "Barselona"nın hücumçusu Ferran Torresi transfer etmək üçün hərəkətə keçib. Sport24.az xəbər verir ki, Paris təmsilçisi ispan futbolçunun keçidi ilə bağlı Kataloniya klubu ilə rəsmi danışıqlara başlayıb.
Bu barədə "Fichajes - in Spanish" məlumat yayıb.
Məlumata görə, PSJ-nin baş məşqçisi Luis Enrike Ferran Torresi hücum xəttini gücləndirmək üçün əsas hədəflərdən biri hesab edir. İspaniyalı mütəxəssis futbolçunun həm cinahda, həm də mərkəz hücumçusu kimi oynaya bilməsini
üstünlük kimi qiymətləndirir.
"Barselona" isə futbolçunun müqaviləsinin 2027-ci ilin yayına qədər qüvvədə olmasına baxmayaraq, onu gələn il sərbəst buraxmamaq üçün bu yay satış variantını nəzərdən keçirir. Hansi Flikin hücum xəttində fərqli profilli futbolçu görmək istəyi də Torresin ayrılma ehtimalını artırır.
Tərəflər avqustun 7-dək danışıqları intensiv şəkildə davam etdirəcək. PSJ Ferran Torresi mövsüm başlamazdan əvvəl heyətinə qatmağı hədəfləyir.