"Sabah" İngiltərənin "Lester"in və Banqladeş millisinin üzvü Hamza Çaudrini icarə əsasında heyətinə qatmağa yaxındır. Sport24.az xəbər verir ki, maliyyə problemləri ilə üzləşən "Lester" yüksək maaş alan futbolçularla yollarını ayırmağa çalışır.
Masazır təmsilçisi isə 28 yaşlı yarımmüdafiəçinin maaşını tam şəkildə qarşılamağa hazırdır. Bu amil transferin gerçəkləşmə ehtimalını xeyli artırır.
Qeyd edək ki, Hamza Çaudri karyerası ərzində 312 oyunda meydana çıxıb, 4 qol vurub və 8 məhsuldar ötürmə edib.