Fransanın nüfuzlu "L'Équipe" qəzeti ilk səhifəsini PSJ-nin hücumçusu Xviça Kvaratsxeliyaya həsr edərək "LE PRÉTENDANT" ("Namizəd") başlığı ilə çıxış edib. Sport24.az xəbər verir ki, yazıda qeyd olunub ki, son dünya çempionatında xüsusi diqqət çəkən oyunçuların olmaması fonunda PSJ-nin vingeri Çempionlar Liqasında keçirdiyi möhtəşəm mövsüm sayəsində "Qızıl top" a əsas namizəddir.

 

Qeyd edək ki, Kvaratsxeliya ötən mövsüm bütün turnirlərdə 48 oyun keçirib, 19 qol vurub və 11 məhsuldar ötürmə edib. Gürcü yarımmüdafiəçinin klubla müqaviləsi 2029-cu ilin yayına qədərdir. "Transfermarkt" portalı onun hazırkı bazar dəyərini 140 milyon avro qiymətləndirir.