"Sanderlend" hücumçusu Vilson İsidoru yay transfer pəncərəsində satmaq niyyətində deyil. Sport24.az xəbər verir ki, bu barədə "Sky Sports"un jurnalisti Kit Dauni məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, 25 yaşlı hücumçu ilə bir sıra klublar, xüsusilə də "Vest Hem" maraqlansa da, "Sanderlend" onun üçün gələcək təklifləri nəzərdən keçirməyəcək.

Klub rəhbərliyi İsidoru yeni mövsüm üçün komandanın əsas fiqurlarından biri hesab edir. O, həm Premyer Liqa, həm də Avropa Liqasında mübarizə aparacaq "Sanderlend"in planlarında mühüm yer tutur.