"Aston Villa"nın Futbol Əməliyyatları üzrə prezidenti Monçi tezliklə klubu tərk edəcək. Sport24.az xəbər verir ki, bu barədə "The Athletic"in məlumat yayıb.
Mənbənin sözlərinə görə, 57 yaşlı ispaniyalını həmyerlisi, 2018-2025-ci illərdə "Real Sosyedad"ın idman direktoru vəzifəsində çalışmış Roberto Olabe ilə əvəzlənəcək.
Monçi 2023-cü ildən "Aston Villa"da çalışır. O, əvvəllər "Sevilya" və "Roma"da idman direktoru vəzifəsində çalışıb.
Qeyd edək ki, "Aston Villa" 5 turdan sonra 3 xalla turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.