Millətlər Liqasının Portuqaliya ilə İspaniya arasında keçirilən final matçında Münhendəki "Alyans Arena"nın ikinci yarusundan yıxılan azarkeş dünyasını dəyişib. Sport24.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

 

İspaniya yığmasının baş məşqçisi Luis de la Funte oyundan sonra keçirilən mətbuat konfransında olaya belə münasibət bildirib: "Ölən azarkeşin ailəsinə başsağlığı vermək istəyirəm. Bu, bizə həyatən necə gözlənilməz olduğunu göstərdi".

 

Portuqaliyalı müdafiəçi Nuno Mendeş də hadisənı şərh edib:. "Ölən azarkeşin ailəsinə başsağlığı verirəm. Bu, bugünkü qələbəmizə kölgə salır".

 

Qeyd edək ki, Millətlər Liqsının finalında Portuqaliya penalti seriyasında İspaniyanı məğlub edərək turnirin qalibi olub.