"Milan"ın 26 yaşlı yarımmüdafiəçisi Teyani Reynders "Real"ın maraq dairəsində olmasına baxmayaraq, "Mançester Siti"yə keçməyi düşünür. Sport24.az xəbər verir ki, bu barədə "Sky Sport France" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, futbolçu Xosep Qvardiolanın rəhbərliyi altında oynamaq arzusundadır. Yarımmüdafiəçi ispaniyalı mütəxəssisin rəhbərliyi altında inkişaf edəcəyini düşünür. İngilislərin artıq futbolçu ilə şəxsi müqavilə şərtlərini razılaşdırdığı bildirilir.

 

Qeyd edək ki, Reynders bu mövsüm bütün turnirlərdə 53 oyun keçirib, 15 qol vurub və 5 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2030-cu ilin yayına kimi nəzərdə tutulub.