İngiltərə millisinin keçmiş futbolçusu Qari Lineker mayın 19-da antisemit məzmunlu materialın dərci ilə bağlı qalmaqaldan sonra BBC-dən ayrılacağını elan edəcək. Sport24.az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, "Match of the Day" proqramının aparıcısı və BBC rəhbərliyi qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verəcək. Lineker 2026-cı il dünya çempionatının sonuna qədər efirdə işləməli idi.

 

Keçən həftə 64 yaşlı Lineker sosial mediada Fələstin bağlı video yayımladıqdan sonra üzr istəyib. Linekerin istefasını tələb edən petisiyanı 10 mindən çox insan imzalayıb.

 

Qeyd edək ki, BBC 2024-cü ildə Linekerə 1,4 milyon funt sterlinq ödəyib. O, 26 ildir ki, Britaniyanın ən böyük yayım şirkətində çalışır.