"İmişli"nin hücumçusu Dioqo Almeydanın Sport24.az-a müsahibəsi.
- Son saniyələrdə qələbəni əldən verdiniz. Oyunla bağlı fikirləriniz necədir?
- Çətin meydançada çətin rəqibə qarşı oynadıq. 3 xalı qazanmağa yaxın idik, amma alınmadı. İşimizə davam edirik.
- Son günlər mətbuatda adın "Turan Tovuz"la yanaşı hallanır. Bu məsələyə aydınlıq gətirməyini istərdik...
- Bu barədə nəsə demək istəmirəm. Bütün diqqətimi "İmişli"yə yönəltmişəm. Özünü burada xoşbəxt hiss edirəm.
- Ümumiyytələ, bu klubdan təklif almısan?
- Heç nədən xəbərim yoxdu. Dediyim kimi bütün diqqətimi "İmişli"yə yönəltmişəm.
- Bəs təklif gəlsə necə?
- Bu haqda danışmaq istəmirəm (gülür).
- Verilməyən penalti epizodu ilə bağlı fikirləriniz necədir?
- Səhv futbolun bir hissəsidir. Hamı səhv edə bilər, o cümlədən hakim də.
- Mövsümdə 5-ci qolunu vurdun. Bombardirlik yarışında sonadək duru gətirə biləcəksən?
- Ən vacibi məşqlərə davam edib, matçlarda qol vurmaqdır. Vurduğum qollarla komandama kömək etmək istəyirəm.
- Komanda turnir cədvəlində 9-ci pillədə qərarlaşıb. Necə düşünürsən komandanın potensialı daha yüksək yerlər uğrunda mübarizə aparmağa imkan verir?
- Bildiyiniz kimi "Sumqayıt"ı məğlub etsək də, texniki məğlubiyyət almışdıq. Heç kim bizdən bu nəticələri gözləmirdi. Bizim komandamız güclüdür. Bu gücün sayəsində irəli gedə bilirik.