"Yuventus" və "Fənərbaxça" Yusif En-Nesirinin transferi üçün danışıqların son mərhələsindədirlər. Sport24.az insayder Fabrisio Romanoya istinadən xəbər verir ki, klublar artıq şifahi razılığa gəliblər və hazırda son detallar müzakirə olunur.

 

Mənbənin sözlərinə görə, müqavilə məcburi satın alma bəndi olmadan, icarə sözləşməsidir. Qalan suallar oyunçunun şəxsi müqaviləsi ilə bağlıdır.

 

Bu mövsüm mərakeşli futbolçu "Fənərbaxça"nın heyətində bütün turnirlərdə 25 oyun keçirib, 8 qol vurub və 1 məhsuldar ötürmə edib.

 

Qeyd edək ki, En-Nesirinin Türkiyə klubu ilə hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. "Transfermarkt" portalındakı məlumata görə, onun bazar dəyəri 22 milyon avrodur.