Misli Premyer Liqasının 17-ci turunun ikinci oyun gününə Suraxanıda yekun vurulacaq. Sport24.az xəbər verir ki, həftəiçi Çempionlar Liqasında tarix yazan "Qarabağ" "Kəpəz"i qonaq edir.

 

Turnir cədvəlinin fərqli qütblərində qərarlaşan komandaların görüşündə heç şübhəsiz ki, favorit Ağdam klubudur. Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv lider "Sabah"dan bir xal geri qalmaqla 36 xalla ikinci yerdə gedir. Gəncə təmsilçisi isə 9 xalla 10-cudur.

 

Qeyd edək ki, turun digər 2 oyunu - "Sumqayıt" - Turan Tovuz" və "Sabah" - "Karvan-Yevlax" qarşılaşmaları sabah keçiriləcək.

 

Misli Premyer Liqası

II dövrə, XVII tur

16:30. "Qarabağ - "Kəpəz"

Hakimlər: Vüqar Həsənli, Kamran Bayramov, Gülnurə Əkbərzadə, Elvin Bayramov
VAR: Rəvan Həmzəzadə
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Elçin Məmmədov
Bakı. "Azersun Arena"