"Mançester Yunayted" və "Mançester Siti" "Vest Hem"in 21 yaşlı mərkəz yarımmüdafiəçisi Mateus Fernandesin transferində maraqlıdır. Sport24.az xəbər v erir ki, bu barədə insayder Ekrem Konur "Sports Boom" portalında məlumat yayıb.
Mənbənin sözlərinə görə, portuqaliyalı futbolçunun müqaviləsində "Vest Hem"in İngiltərə Premyer Liqasını tərk edəcəyi halda erkən xitam bəndi var. Klub rəhbərliyi başa düşür ki, əgər onlar aşağı liqaya düşsələr və bənd qüvvəyə minərsə futbolçunu pulsuz itirə bilərlər. Buna görə də London klubu bu ay Fernandesi satmaq fikrindədir.
Qeyd edək ki, portuqaliyalı bu mövsüm bütün turnirlərdə 24 oyunda meydana çıxıb, üç qol vurub və üç məhsuldar ötürmə edib. "Transfermarkt" portalındakı məlumata görə, oyunçunun bazar dəyəri 32 milyon avrodur.
"Vest Hem" isə 22 turdan sonra 17 xala malikdir və 18-ci yerdədir.