Fransanın "Marsel" klubu "Feyenoord"un və Niderland millisinin yarımmüdafiəçisi Kvinten Timberin keçidini rəsmiləşdirib. Sport24.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

 

24 yaşlı futbolçu ilə müqavilənin detalları açıqlanmasa da, yerli mətbuatda yazılanlara görə, keçid 4,5 milyon avroya başa gəlib. Müqaviləyə bonus ödənişləri də daxildir, lakin həmin şərtlərin yerinə yetirilməsi kifayət qədər çətindir.

 

Qeyd edək ki, K.Timber İngiltərənin "Arsenal" klubunun müdafiəçisi Yurrien Timberin əkiz qardaşıdır. O, Niderland çempionatının cari mövsümündə 17 matçda meydana çıxıb, 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.