"Real"ın baş məşqçisi Alvaro Arbeloa müdafiəçi Trent Aleksandr-Arnolda yeni klub axtarmağı tövsiyə edib. Sport24.az xəbər verir ki, bu barədə "El Nacional" nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, "Kral klubu"nun yeni baş məşqçisi müdafiəçi ilə şəxsən görüşüb və onun xidmətinə ehtiyac duymadığını diqqətinə çatdırıb. Arbeloa müdafiəçiyə özünə yeni klub tapmağı tapşırıb.
"Real" rəhbərliyi yay "transfer pəncərəsi"ndə Trenti satmağı düşündüyü bildirilir.
Qeyd edək ki, müdafiəçi ötən ilin yayında "Liverpul"la müqaviləsi başa çatdıqdan sonra "Real"a qoşulub. Britaniyalı Madrid klubunun heyətində bütün turnirlərdə 11 oyun keçirib.