Dortmund "Borussiya"sının və "Liverpul"un keçmiş baş məşqçisi Yurgen Klopp 2026-cı ilin yayında "Real"ın "sükanı arxasına" keçəcəyi təqdirdə transfer və transfer çalışmalarına tam nəzarət tələb edəcək. Sport24.az xəbər verir ki, bu barədə İspaniyadakı mənbələrə istinadən "Topskills Sports UK" sosial media hesabında məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, Klopp bundan başqa hazırkı heyətdə yer alan 2 futbolçunu - müdafiəçilər Dani Karvaxal və Ferland Mendini kollektivdə görmək istəmir. 

 

Qeyd edək ki, bir müddət əvvəl mətbuatda Madrid klubunun alman məşqçiyə maraq göstərdiyi barədə xəbərlər yayılıb.