"Milan"ın yarımmüdafiəçisi Yasin Adli karyerasını Səudiyyə Ərəbistanı çempionatında davam etdirəcək. Sport24.az xəbər verir ki, bu barədə jurnalist Fabrisio Romano social şəbəkə hesabında məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, 25 yaşlı fransız "Əl-Şabab"la müqavilə imzalayacaq. Transfer məbləği 7 milyon avro olacaq, müqavilə 2028-ci ilin yayına kimi hesablanacaq.

 

Qeyd edək ki, Adli 2024/25 mövsümündə icarə əsasında "Fiorentina"da çıxış edib. O, 35 matçda 5 qol vurub, 7 məhsuldar ötürmə edib. Onun "Milan"la müqaviləsi 2026-cı ilin yayında başa çatır.