"Milan" "Cenoa"nın sağ cinah müdafiəçisi Bruk Norton-Kaffini transfer gündəminə alıb. Sport24.az xəbər verir ki, bu barədə "La Gazzeta Dello Sport" məlumat yayıb.
"Rosseneri" bu yay 22 yaşlı futbolçunu heyətinə qatmağa istəyir.
Qeyd edək ki, Bruk Norton-Kaffi bu mövsüm "Cenoa"nın heyətində 28 rəsmi matçda 2 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.